Təhsil 365 - Logo Mobile

Şəki Dövlət peşə təhsil mərkəzi Oğuzda keçirilən festivalda təmsil olunub

9617.09.2025 - 16:00
Şəki Dövlət peşə təhsil mərkəzi Oğuzda keçirilən festivalda təmsil olunub

Şəki Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Oğuz Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Oğuzda keçirilən sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalında təmsil olunub.

Peşə təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə mərkəzin nümayəndələri aqrar sahədə təhsil və ixtisaslaşma imkanlarını təqdim edib, iştirakçılara peşə təhsili sahəsində mövcud yeniliklər barədə məlumat veriblər.

Festival çərçivəsində həmçinin sərgi-satış yarmarkasında iştirak edən fermerlər və sahibkarlarla birbaşa əlaqə qurularaq təcrübə mübadiləsi aparılıb.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...