İmişlidə “Sülh aylığı” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib. Tədbir DQİDK-nın Mil-Muğan regional bölməsi və yerli mərkəzlərlə birgə təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Şamxal İmanov, aparıcı məsləhətçi Səbinə Abdullayeva, kitabxana müdiri vəzifəsini müvəqqəti icra edən Kamilə Beydullayeva, İmişli rayonu “Cümə” məscidinin imam müavini Nurəddin İsmayılov və digər əməkdaşlar iştirak ediblər.
Çıxış edənlər dini dəyərlərin cəmiyyətin mənəvi inkişafında və insanlar arasında qarşılıqlı hörmətin formalaşmasında əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Azərbaycan tarixən fərqli dinlərin və mədəniyyətlərin sülh şəraitində yaşadığı ölkə olub və bu ənənə bu gün də davam etdirilir. Həmçinin qeyd olunub ki, bütün səmavi dinlərin əsas prinsipləri sülh, mərhəmət və insanpərvərlik üzərində qurulub.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.