Təhsil 365 - Logo Mobile

TKT imtahanının tarixi açıqlanıb

2518.09.2025 - 05:37
TKT imtahanının tarixi açıqlanıb

TKT(Teaching Knowledge Test) imtahanının keçirilmə tarixi açıqlanıb.

“Tehsil365” xəbər verir ki, DİM-in paylaşdığı məlumata əsasən, İmtahan 22 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

• TKT Modul 1

• TKT Modul 2

• TKT Modul 3

• TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)

• TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edilib ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Kembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge English Qualifications), Kembric İngilis dili üzrə Tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

İmtahana qeydiyyat linki:

https://eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat üçün [email protected] elektron poçtuna suallarınızı ünvanlaya bilərsiniz.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...