Təhsil 365 - Logo Mobile

Bağçada bədbəxt hadisə - Azyaşlı yaralandı

11518.09.2025 - 06:46
Bağçada bədbəxt hadisə - Azyaşlı yaralandı

Bakıda 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.

“Tehsil365“ xəbər verir ki, müəssisədən “Azərbaycan müəllimi”nə bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.

Bağça rəhbərliyi tərəfindən onun valideyninə dərhal məlumat verilib.

Azyaşlı səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib. O, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.

Rəşanə İsamqızı

Новостная лента

На данный момент новостей в ленте нет...