Təhsil 365 - Logo Mobile

Azərbaycan dünyəvi dövlət kimi dini dəyərləri qoruyur

8218.09.2025 - 12:33
Azərbaycan dünyəvi dövlət kimi dini dəyərləri qoruyur

Azərbaycan şəriət qanunları ilə idarə olunmur, dünyəvi prinsiplərə əsaslanır. Dövlət eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verir.

“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə din birbaşa dövlətin himayəsindədir. Onun sözlərinə görə, mənəvi dəyərlər və ənənələr dövlət tərəfindən daim qorunur. Deputat vurğulayıb ki, bu yanaşma Azərbaycanda həm dünyəvi, həm də dini dəyərlərin harmoniyasını təmin edir.

Ceyhun Məmmədov Qarabağda aparılan bərpa və tikinti işlərinə də toxunub. O deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni məscidlərin inşası geniş miqyas alıb. Bu layihələr azad edilmiş ərazilərdə dini irsin bərpası baxımından böyük əhəmiyyət daşıyır.

Deputat xatırladıb ki, müstəqilliyin ilk illərində Azərbaycanda cəmi 18 məscid fəaliyyət göstərirdi. Bu gün isə ölkədə məscidlərin sayı 2 min 250-yə çatıb. Onun sözlərinə görə, bu göstərici dövlətin dini-mənəvi dəyərlərə diqqətinin açıq sübutudur.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...