Təhsil 365 - Logo Mobile

Komitə sədri Almaniyanın Beynəlxalq Siyasət Akademiyasının nümayəndəsi ilə görüşüb

8218.09.2025 - 14:07
Komitə sədri Almaniyanın Beynəlxalq Siyasət Akademiyasının nümayəndəsi ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov 18 sentyabrda Almaniya Federativ Respublikasının Şimali Reyn-Vestfaliya Beynəlxalq Siyasət Akademiyasının icraçı direktoru Mayssoun Zein Al Dinlə görüş keçirib.

“Tehsil365” xəbər verir ki, bu barədə dini qurumlarla iş üzrə dövlət komitəsi paylaşım edib.Görüş zamanı dini təhsil sahəsində əməkdaşlıq imkanları geniş müzakirə olunub. Həmçinin mədəniyyətlər və dinlər arasında dialoqun təşviqi istiqamətində birgə layihələr həyata keçirmək perspektivləri nəzərdən keçirilib.

Tərəflər gələcək əməkdaşlığın iki ölkə arasında qarşılıqlı anlaşma və tolerantlıq mühitinin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıblar.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...