Təhsil 365 - Logo Mobile

Naurızbay Taqanulı: "Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir"

6218.09.2025 - 14:10
Naurızbay Taqanulı: "Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir"

Qazaxıstan və Azərbaycan xalqları eyni kökə malikdir. Onları ortaq din – İslam və müqəddəs kitab – Quran birləşdirir. Bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı bu gün Astanada keçirilən “Dünya və ənənəvi dinlər liderlərinin Qurultayının Katibliyinin 23-cü iclası” zamanı bildirib.

“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, O deyib: hazırda iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edir. Naurızbay Taqanulı, həmçinin bu cür toplantıların insanları sabitliyə və dözümlülüyə çağırdığını diqqətə çatdırıb. “Bugünkü iclasın çıxışçıları da birliyi, sülhü, dözümlülüyü vurğuladılar. Bizə səbr, sadəlik, təvazökarlıq lazımdır.

Mərhəmət insanı bütün bəlalardan qurtaran dəyərdir. Bu səbəbdən bizə mərhəmət, bir-birimizə qarşı diqqət və dözümlülük lazımdır,” – deyə o əlavə edib.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...