Təhsil 365 - Logo Mobile

Şeyxülislam həzrətləri Astanada bir sıra görüşlər keçirib

6218.09.2025 - 14:57
Şeyxülislam həzrətləri Astanada bir sıra görüşlər keçirib

Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir.

“Tehsil365” “Qafqaz Müsəlmanları İdarəsi”ə istinadən xəbər verir ki, Moskva və bütün Rusiya Patriarxı Kirillin təşəbbüsü ilə keçirilən görüşdə Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında ənənəvi dini-mənəvi əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Qazaxıstan Respublikasının İnformasiya və Mədəniyyət naziri Aida Balayeva ilə görüş zamanı qardaş ölkələrimiz arasında dini-mədəni əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimizin dinlərarası dialoq prosesində fəal iştiraklarının perspektivlərindən danışılıb, Astana Qurultaylarının və Bakının evsahibliyi etdiyi dinlər və sivilizasiyalararası dialoq və əməkdaşlığa dair beynəlxalq forum və təşəbbüslərdə müştərək iştirakın davamlı olmasının vacibliyi vurğulandı. Şeyxülislam A.Paşazadə Astana Qurultayının hər zamankı kimi yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Qazaxıstan dövlətinə, onun rəhbərliyinə, məsul şəxslərə dərin minnətdarlığını ifadə etdi və bunu qardaş Qazaxıstanın daha bir uğuru kimi dəyərləndirdi.

Müsəlman Ağsaqqallar Şurasının Baş Katibi Məhəmməd Əbdüssəlam ilə səmimi görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A. Paşazadənin üzvü olduğu bu mötəbər qurumun qarşıdakı planlarından danışıldı. Azərbaycanın malik olduğu nümunəvi məzhəblərarası anlaşma modelinin dünya miqyasında İslamdaxili dialoq üçün örnək əhəmiyyəti xüsusi vurğulandı və bu modelin təşviqi istiqamətində səylər müzakirə edildi.

Vatikanın Dinlərarası Dikasteriyasının Prefekti Kardinal Corc Ceykob Kuvakad ilə görüşdə Azərbaycan-Müqəddəs Taxt Tac arasında münasibətlərin, habelə Qafqaz Müsəlmanları İdarəsi ilə Vatikan arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Bu münasibətlərin ənənəvi olaraq davam etdirilməsinin və beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində davamlı olaraq inkişaf etdirilməsinin vacibliyi vurğulandı, qarşıdakı planlar müzkirə edildi.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayı işini davam etdirir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...