Təhsil 365 - Logo Mobile

Peşə təhsili ixtisaslarının təsnifatı yenilənir

8819.09.2025 - 07:18
Peşə təhsili ixtisaslarının təsnifatı yenilənir

“Peşə təhsili üzrə ixtisasların təsnifatı”nın yenilənməsi üzərində sistemli şəkildə çalışırıq. Hazırda 200-dən çox ixtisas adı müzakirə olunur. Bu iş çərçivəsində işəgötürənlər, mütəxəssislər və dövlət qurumlarının nümayəndələri ilə dəyirmi masalar təşkil etmişik, mövcud məşğulluq təsnifatı və peşə təhsili üzrə son illərin qəbul planlarını təhlil etmişik, həmçinin Macarıstan, Bolqarıstan və Qazaxıstan kimi ölkələrin təsnifat təcrübələrini araşdıraraq ən yaxşı praktikaları nəzərə almışıq”.

Bunu “Tehsil365”ə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdiri Nərmin Məmmədova deyib.

Onun sözlərinə görə, yeni təsnifat yalnız adların siyahısı deyil, həm də struktur baxımından müasir yanaşmalara əsaslanır. Biz ixtisasları ilk peşə, texniki peşə və yüksək texniki peşə səviyyələrinə uyğun qruplaşdırırıq, onları Milli Kvalifikasiyalar Çərçivəsinə və UNESCO-nun ISCED-2013 təsnifatına uyğunlaşdırırıq. Bununla həm kurikulumların və proqramların daha məqsədyönlü hazırlanmasına, həm də təhsil nəticələrinin əmək bazarında tanınmasına nail olunacaq”.

Nərmin Məmmədova yeni təsnifatın zərurət olduğunu vurğulayıb: “Hazırda qüvvədə olan təsnifatda mövcud olan təxminən 800 ixtisasdan yalnız 150-yə yaxınından faktiki istifadə olunur, 700-ə yaxın ixtisas isə illərdir qəbul planlarında yer almır. Son iki ildə – 2023 və 2024-cü illərdə mövcud təsnifata dəyişikliklər edilərək 110 yeni ixtisas əlavə olunub və 24 ixtisas ləğv edilib. Bu isə göstərir ki, təsnifat dövrün tələblərinə tam şəkildə cavab vermir və sistemin çevikliyini, həmçinin peşə təhsilinin effektivliyini məhdudlaşdıra bilər”.

Aysu Məmmədli

Новостная лента

На данный момент новостей в ленте нет...