Təhsil 365 - Logo Mobile

Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir

10619.09.2025 - 14:40
Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir

Peşə təhsili sahəsində ixtisasların təsnifatı yenilənir. Hazırda 200-dən artıq ixtisas adı üzərində müzakirələr aparılır və bu proses sistemli şəkildə həyata keçirilir.

Peşə təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, yeni təsnifatın hazırlanması məqsədilə işəgötürənlər, mütəxəssislər və dövlət qurumlarının iştirakı ilə dəyirmi masalar təşkil olunur. Eyni zamanda mövcud məşğulluq təsnifatı və son illərin qəbul planları təhlil edilir, Macarıstan, Bolqarıstan və Qazaxıstan kimi ölkələrin ən yaxşı təcrübələri öyrənilir.

Layihənin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, müasir və çevik ixtisas təsnifatı hazırlamaqdır. Bununla da gənclərin peşə seçiminə dəstək olmaq, onların gələcək karyera imkanlarını daha etibarlı təmin etmək hədəflənir.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...