Təhsil 365 - Logo Mobile

“PeşəFest-2025” Biləsuvarda keçirilib

2919.09.2025 - 17:08
“PeşəFest-2025” Biləsuvarda keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən “PeşəFest-2025”in növbəti dayanacağı Biləsuvar şəhəri olub.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival gənclərin peşə seçiminə dəstək göstərməyi və onların karyera istiqamətində düzgün addım atmalarını hədəfləyir.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov festivalın gənclərin uğurlu gələcəyində rolunu vurğulayıblar. DMA-nın sədr müavini H. Abbasov “PeşəFest”in 11 iqtisadi rayonu əhatə edən interaktiv layihə olduğunu bildirib.

Festival çərçivəsində 14 peşə — kibertəhlükəsizlik, data analitika, 3D animasiya, turizm təşkilatçılığı, avtomobil təmiri, qida mühəndisliyi, qənnadıçılıq və digər sahələr üzrə təqdimatlar keçirilib. Mütəxəssislər iştirakçılara peşələrin xüsusiyyətləri və seçim imkanları barədə məlumat veriblər.

“PeşəFest-2025” sentyabrın 22-də Tovuzda davam edəcək və oktyabrın 16-dək ölkənin müxtəlif bölgələrində keçiriləcək.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...