Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Peşə təhsil mərkəzində sertifikat təqdimatı

12420.09.2025 - 14:30
Bakı Dövlət Peşə təhsil mərkəzində sertifikat təqdimatı

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli təlim kursları təşkil olunub.

Peşə təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, kurslarda “Masajist”, “Mühafizəçi” və “Barista” ixtisasları üzrə təhsil alan müdavimlər nəzəri və praktik biliklər əldə ediblər. Təlimlər müasir tələblərə cavab verən peşə bacarıqlarının inkişafına yönəlib.

Təlimləri uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub. Bu addım onların əmək bazarında daha rəqabətədavamlı olmasına şərait yaradacaq.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...