Təhsil 365 - Logo Mobile

Oğuz rayonunda "Əyləncə dolu nağıl dünyası" adlı nağıl saatı keçirilib

10922.09.2025 - 07:35
Oğuz rayonunda "Əyləncə dolu nağıl dünyası" adlı nağıl saatı keçirilib

22 sentyabr tarixində Oğuz rayon MKS-nin 7 nömrəli Xalxal kənd kitabxana filialının əməkdaşı Xalxal kənd körpələr evində "Əyləncə dolu nağıl dünyası " adlı nağıl saatı keçirib.

“Tehsil365” xəbər verir ki, nağıl saatında uşaqlara kitabxanaçı tərəfindən "Əlcək", "Turp", "Qırmızı papaq" kimi müxtəlif nağıllar söylənilib.

Daha sonra uşaqlar söylənilən nağıllar əsasında sual-cavab olunub, bildikləri nağıllardan, tapmacalardan danışıblar.

Sonda bağçanın müəllimi Alxasova Xatirə bu təşəbbüsə görə kitabxanaçıya öz təşəkkürünü bildirib.

Tədbirdə 10 nəfər iştirak edib.


Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...