Təhsil 365 - Logo Mobile

Gəncə Dövlət Universitetində təşkilat komissiyasının yekun iclası keçirilib

11022.09.2025 - 13:15
Gəncə Dövlət Universitetində təşkilat komissiyasının yekun iclası keçirilib

18 sentyabr 2025-ci il tarixində Gəncə Dövlət Universitetində təkrar institusional akkreditasiyanın keçirilməsi məqsədilə hazırlanacaq Özünütəhlil Hesabatı və ona əlavə olunacaq sənədlərin yekunlaşdırılması üçün yaradılmış Təşkilat Komissiyasının yekun iclası baş tutub.

Gəncə Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, iclasda hesabatın hazırlanması istiqamətində görülən işlər, sənədlərin tamlığı və keyfiyyət tələblərinə uyğunluğu müzakirə olunub. Təşkilat Komissiyasının üzvləri yekun mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.

Sonda hesabatın tam şəkildə yekunlaşdırılması və akkreditasiya prosesinə təqdim edilməsi qərara alınıb.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...