Qarabağ Universitetinin İncəsənət fakültəsi, Tibb və sağlamlıq elmləri fakültəsinin birinci kurs tələbələri ilə görüş təşkil olunub.
Qarabağ Universitetindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə tələbə gənclər təbrik olunub, seçimlərinə görə təşəkkür bildirilib. Görüş zamanı universitetin strateji hədəfləri, akademik məzmun və tələbə həyatı barədə ətraflı məlumat verilib.
Universitet rəhbərliyi tələbələrlə qürur duyduqlarını vurğulayaraq, Qarabağ Universiteti ailəsinin bir hissəsi olmağın böyük fəxarət olduğunu qeyd edib.