Təhsil 365 - Logo Mobile

“PeşəFest-2025” festivalı bu dəfə Tovuzda keçirildi

3823.09.2025 - 05:45
 “PeşəFest-2025” festivalı bu dəfə Tovuzda keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “PeşəFest-2025” festivalı bu dəfə Tovuzda keçirilib.

“Tehsil365” Nazirliyin məlumatına əsasən xəbər verir ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan tədbirdə gənclərin peşə seçiminə dəstək, karyera istiqamətində doğru addım atmalarına şərait yaradılıb. Festivalda Tovuz RİH başçısı Məmməd Məmmədov, millət vəkili Nizami Səfərov, DMA rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

DMA sədri Sadiq Əliyev festivalın ölkənin 11 iqtisadi rayonunu əhatə etdiyini, gənclərə müxtəlif peşələr haqqında məlumat verdiyini bildirib. Tədbirdə peşəkarlar 14 ixtisas üzrə təqdimatlarla çıxış edərək gənclərə faydalı məsləhətlər veriblər.

“PeşəFest” sentyabr-oktyabr aylarında Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ, Xaçmaz və Bakıda da keçiriləcək.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...