Təhsil 365 - Logo Mobile

78 yaşlı tələbə: ‘’Oxumağın yaşı yoxdur’’

10523.09.2025 - 11:38
78 yaşlı tələbə: ‘’Oxumağın yaşı yoxdur’’

Son bir həftədədir ki, "78 yaşlı nənə tələbə oldu" adlı başlıqlar ölkə mediasını bəzəyir. Hər kəsdə bu nənə kimdir, bu qərara necə gəlib kimi suallar yaranır.

‘’Tehsil365’’ ‘’Azərbaycan müəllimi’’nə istinadən xəbər verir ki, 78 yaşlı Hicrət Yusifova bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub. O peşə təhsili alacaq. Biz ora çatanda hər kəs kimi o da dərsdə idi. Tələbə yoldaşları ilə birlikdə gənc müəllimə diqqətlə qulaq asır, balaca dəftərinə qeydlər edirdi. 

Sakitcə dərsin bitməsini gözləyirik. Hicrət nənənin o qədər nurlu siması var ki, oxumaq həvəsinin nədən qaynaqlandığını söhbət etməmişdən anlamaq olur. Pozitiv, enerjili, gülərüz və mehriban.

Dərs bitəndən sonra istehsalat otağına keçirik. Əlinə xalça toxumaq üçün bıçağı alır və başlayır toxumağa. Həvəslə və bir o qədər də sevgi ilə edir işini. Bilinir ki, dərsə təzə başlasa da, əvvəldən xalça toxumağı bacarır. 

Sevinc Yarməmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...