Təhsil 365 - Logo Mobile

Bakı Slavyan Universitetinin nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub

10723.09.2025 - 13:30
Bakı Slavyan Universitetinin nümayəndə heyəti Gəncə Dövlət Universitetində olub

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə Dövlət Universitetinə səfər edib və universitetin rektoru Yusif Yusibovla görüşüb.

Gəncə Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, görüşdə BSU-nun Pedaqogika kafedrasının müdiri Piralı Əliyev, İnklüziv və adaptiv təhsil kafedrasının müdiri Arzu Məmmədova, kafedranın baş müəllimi Dilbər Bəşirova, GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Tədris Departamentinin direktoru Elturan Yusifov iştirak ediblər.

Tərəflər görüş zamanı təhsil sahəsində əməkdaşlıq imkanlarını, elmi-tədqiqat layihələrini və tələbələr üçün birgə proqramların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...