2025-ci il “Konstitusiya və Suverenlik ili” çərçivəsində Şabran rayon Tarix-Diyarşünaslıq Muzeyində “27 Sentyabr – Anım Günü” münasibətilə açıq dərs təşkil olunub. Tədbirdə məktəbin 5C sinfi iştirak edib.
Quba - Xaçmaz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, dərs zamanı şagirdlərə “44 Günlük Vətən Müharibəsi” barədə geniş məlumat verilib, antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanların həyat və döyüş yolları barədə söhbət aparılıb.
Tədbirdə şagirdlər vətənpərvərlik ruhunu əks etdirən şeirlər səsləndiriblər, əsgərlik və milli ruh mövzularında çıxışlarla tədbirə canlılıq qatmışlar.