Təhsil 365 - Logo Mobile

Qəbələ Dövlət Peşə təhsil mərkəzində tələbələrin yaşayış şəraiti diqqətdə saxlanılır

10523.09.2025 - 13:50
Qəbələ Dövlət Peşə təhsil mərkəzində tələbələrin yaşayış şəraiti diqqətdə saxlanılır

Qəbələ Dövlət Peşə təhsil mərkəzinin rəhbərliyi yataqxana ilə təmin olunan tələbələrin yaşayış şəraiti ilə tanış olub.

Qəbələ Dövlət Peşə təhsil mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, görüş zamanı tələbələrin sosial-məişət vəziyyəti, təhsil prosesi ilə bağlı fikirləri dinlənilib, ehtiyaclar və təkliflər müzakirə edilib.

Mərkəzin direktoru bildirib ki, tələbələrin rahat və təhlükəsiz şəraitdə yaşaması, rifahının yüksəldilməsi və təhsilin keyfiyyətinin artırılması əsas fəaliyyət istiqamətlərindən biridir. Görüş tələbələr tərəfindən müsbət qarşılanıb, onların təklifləri qeydə alınıb.

Qeyd olunub ki, hazırda Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yataqxanasında 31 rayondan olan 84 tələbə qalır. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün idman zalında məşqlər, meydançada oyunlar təşkil olunur, həmçinin kino və sənədli filmlərə baxışlar keçirilir. Tələbələr tədrisdən kənar vaxtlarında öz hobbiləri ilə də məşğul olurlar.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...