Hazırda Türkiyə ilə bütün səviyyələrdə əməkdaşlığımız var.
“Tehsil365” Oxu.Az-a istinadən verdiyi məlumata görə , bunu elm və təhsil naziri Emin Əmrullayev Əhmədlidə Bakı Türk Anadolu Liseyinin filialının açılışında deyib.
O qeyd edib ki, ilk dəfə olaraq ölkədən kənarda Azərbaycan məktəbi açılacaq.
"Biz çox şadıq ki, bu, Türkiyədə ilk dəfə həyata keçiriləcək və İstanbulda yaşayan vətəndaşlarımız üçün son dərəcə faydalı olacaq. Bu, Türkiyə və Azərbaycanın təhsil sistemində əməkdaşlığı daha da sürətləndirəcək".
Türkiyə nümayəndə heyəti ilə Qarabağa səfər edəcəyik, son illərdə Füzulidə, Ağdamda, Şuşada, Xankəndində görülən işlərlə tanış olacağıq. Eyni zamanda, Azərbaycanda iki peşə təhsili müəssisəsinin birgə idarə olunmasını və ən əsası diplomların qarşılıqlı tanınmasını nəzərdə tutan peşə təhsili sahəsində saziş imzalanacaq”, - deyə o bildirib.