Təhsil 365 - Logo Mobile

Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün təlim təşkil olunub

11123.09.2025 - 18:23
Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün təlim təşkil olunub

Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Mehmanxana inzibatçısı” ixtisası üzrə təhsil alan III kurs tələbələri “Turan Qastro Turizm” Akademiyası tərəfindən təşkil olunan təlimdə iştirak edib.

“Tehsil365” xəbər verir ki, keçirilən təlim marketinq mövzusunu əhatə edib və tələbələrin nəzəri biliklərinin artırılmasına yönəlib. Təlim prosesində tələbələr turizm və mehmanxana sahəsində müasir yanaşmalar, müştəriyə xidmət keyfiyyəti, satışın təşkili və reklam fəaliyyətinin əhəmiyyəti barədə məlumatlandırılıblar.

Təlimçi qismində “Baku Travel & Tourism” şirkətinin rəhbəri, sahə üzrə peşəkar mütəxəssis Əziz Şiriyev çıxış edib. O, tələbələrə marketinqin mehmanxana idarəçiliyində rolu barədə ətraflı danışaraq, onları müasir turizm bazarının tələbləri ilə tanış edib.

Təlim nəzəri məlumatların təqdim olunması ilə yanaşı, interaktiv müzakirələr və sual-cavab formatında keçirilib ki, bu da tələbələrin mövzu ilə bağlı biliklərinin möhkəmlənməsinə şərait yaradıb.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...