Təhsil 365 - Logo Mobile

Hacıqabulda peşə sahəsində seminar keçirilib

10724.09.2025 - 05:43
Hacıqabulda peşə sahəsində seminar keçirilib

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Hacıqabul Rayonu Üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə“Peşə və ixtisasını düzgün seç” adlı seminar keçirilmişdir. Ümumilikdə seminarda 25 nəfərə yaxın gənc iştirak etmişdir.

“Tehsil365” xəbər verir ki, seminarda qeyd olunmuşdur ki, peşəkar müqəddəratını təyinetmə hər bir insan üçün işdə yüksək nəticələr qazanmaqda, işdən məmnun olmaqda və karyera yüksəlişində, sürətlə dəyişən sosial-iqtisadi və peşə-istehsal mühitinə uğurla uyğunlaşmağı bacaran savadlı və peşəkarca çevik mütəxəssislərin hazırlığında zəruri şərtdir.

Peşəni seçərkən şəxsi meyillər, maraqlar və bacarıqlarla eyni zamanda ictimai ehtiyacları ödəyən müəyyən peşə növləri və müxtəlif ixtisaslaşma səviyyələrini nəzərdən keçirmək əhəmiyyətlidir. Proforientasiya eləcədə müxtəlif yaş təbəqəli insanlara karyera seçimi istiqamətində köməklik məqsədilə həyata keçirilən fəaliyyətdir. Müasir proforientasiyanın əsas məqsədi gənclərin sərbəst, şüurlu və müstəqil şəkildə peşə seçiminə hazırlamaqdır.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...