Qəbələ Dövlət Peşə təhsil mərkəzi və “Karvan Castle” MMC arasında əmək bazarının tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Qəbələ Dövlət Peşə təhsil mərkəzindən “Tehsil365”ə məlumat verilib ki. Sənəd turizm və xidmət sahələri üzrə ixtisaslı kadrların hazırlanması, onların bilik və bacarıqlarının artırılması, dual proqramların yaradılması, tədris proqramlarının və təlim keyfiyyətinin yüksəldilməsi, eləcə də əmək bazarının dəyişən tələblərinə uyğun yeni ixtisasların açılmasını nəzərdə tutur.
Görüşdə müəssisələr arasında gələcək əməkdaşlığın inkişaf etdirilməsi, təhsilalanların təcrübə proqramlarına cəlb olunması və tələbələrin “Karvan Castle” MMC-yə məxsus turizm müəssisələrində təcrübə keçməsi imkanları müzakirə edilib.