Təhsil 365 - Logo Mobile

Salyanda gənclər ilə görüş keçirilib

11024.09.2025 - 16:21
Salyanda gənclər ilə görüş keçirilib

Salyan rayonunda "27 Sentyabr-Anım Günü"nə həsr edilmiş "Qəhrəmanlar ölməz" adlı gənclərlə görüş keçirilmişdir.

“Tehsil365” xəbər verir ki, 24 sentyabr tarixində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbdə "27 Sentyabr-Anım Günü"nə həsr edilmiş "Qəhrəmanlar ölməz" adlı gənclərlə görüş keçirilmişdir.

Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çıxış edən Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçiləri Əlişir Əliyev və Fariz Sadıqlı, Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim Sehranə Rzayeva bildirdilər ki, Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Tədbirin sonunda Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmiş və şagirdlərlə Vətən Müharibəsi barədə qarşılıqlı diskussiya aparılmışdır.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...