Təhsil 365 - Logo Mobile

İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin Qobustan korpusu Aqrar Biznes Festivalında iştirak edib

11224.09.2025 - 15:00
İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin Qobustan korpusu Aqrar Biznes Festivalında iştirak edib

İsmayıllı Dövlət Peşə təhsil mərkəzinin Qobustan korpusu Qobustan rayonunda keçirilən Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasında təmsil olunub.

İsmayıllı Dövlət Peşə təhsil mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, tədbir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Rayon İcra Hakimiyyəti və Aqrar Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Festivalda kənd təsərrüfatı məhsulları və toxumların nümayişi ilə yanaşı, aqrar sahədə fəaliyyət göstərən qurumların əməkdaşlıq imkanları da müzakirə edilib.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...