Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində Daxili Keyfiyyət Təminatı Sisteminin yaradılması ilə bağlı təlimlər keçirilir. Növbəti təlim məktəb direktorları üçün təşkil olunub.
“Tehsil365” xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi paylaşım edib.
Bildirilib ki, idarə müdiri Ramin Abasov sistemin tədrisin keyfiyyətini artırmaqda mühüm rol oynayacağını bildirib. Müavin Rahim Novruzov sistemin mahiyyəti və görüləcək işlər barədə məlumat verib, məktəb rəhbərlərinə təlimat təqdim olunub.
Keyfiyyət sektorunun müdiri əvəzi Cəmil Muradov yeni onlayn hesabat formasını təqdim edib. Direktorlar aylıq hesabatları sistemə yükləyəcək, prosesə Regional Təhsil İdarəsi və yerli sektorlar nəzarət edəcək.
Sistemin məqsədi məktəblərdə idarəetmə keyfiyyətini yüksəltmək, hesabatlılığı şəffaf və operativ etməkdir.