Təhsil 365 - Logo Mobile

Ağdamda müəllimlərlə görüş keçirilib

10624.09.2025 - 19:09
Ağdamda müəllimlərlə görüş keçirilib

İdarə müdiri Sənan Mənsimli işğaldan azad olunmuş Ağdam rayonunda yeni fəaliyyətə başlamış ümumi təhsil müəssisələrində ikinci iş yerində çalışmaq istəyən müəllimlərlə görüş keçirib. Görüş zamanı pedaqoji kadrların bölgədə fəaliyyətə cəlb edilməsinin təhsilin inkişafında mühüm rol oynadığı qeyd olunub.

“Tehsil365” xəbər verir ki, tədbirdə müəllimlərin Böyük Qayıdış proqramı çərçivəsində qarşıya çıxan imkanlardan yararlanması, onların ehtiyac və təkliflərinin nəzərə alınması barədə müzakirələr aparılıb. Görüşdə həmçinin müəllimlərin bölgədə fəaliyyətini stimullaşdıracaq addımlar barədə məlumat verilib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...