Təhsil 365 - Logo Mobile

Yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib

11124.09.2025 - 19:45
Yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə təhsil sektor müdirlərinin iştirakı ilə bu il müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanan gənc müəllimlərlə görüş keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə işə yeni qəbul olunan müəllimlər təbrik olunaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Görüşdə son illərdə təhsilverənlərin əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edilib.

Həmçinin, müəllim peşəsinin nüfuzunun artırılması və onların inkişafına yönəlmiş dövlət siyasətinin əhəmiyyəti vurğulanıb.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran məsələlər müzakirə olunub və suallara aydınlıq gətirilib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...