Şamaxı Avropa Liseyinin fəaliyyət planına uyğun olaraq şagirdlərdə vətənpərvərlik, dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "27 sentyabr Anım Gününün keçirilməsi" barədə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir.
“Tehsil365” xəbər verir ki, tədbirlər planına uyğun olaraq "27 Sentyabr Anım Günü" ilə əlaqədar 24 sentyabr tarixində Şamaxı Avropa Liseyinin rəhbərliyi, müəllimləri və şagirdləri "Şəhidlər Xiyabanı"nı ziyarət ediblər.