Təhsil 365 - Logo Mobile

Şirvan-Salyan bölgəsində yeni müəllimlərlə görüş keçirilib

3125.09.2025 - 05:06
Şirvan-Salyan bölgəsində yeni müəllimlərlə görüş keçirilib

24 sentyabr 2025-ci ildə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərə yeni qəbul olunan müəllimlərlə görüş təşkil olunub. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Tehsil365” xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi paylaşım edib.

Bildirilib ki, tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov müəllimləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, müəllimlərin peşəkarlığının artırılması, nüfuzunun yüksəldilməsi və məktəb həyatında fəal iştirakının vacibliyini vurğulayıb.

Sonda müəllimlərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...