Sentyabr ayının 24-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq ilk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə görüş keçirib.
“Tehsil365 “ xəbər verir ki, görüşdə iştirak edən müəllimlərə sinifin idarə olunması, dərsin planlaşdırılması, interaktiv təlim metodlarından istifadə və qiymətləndirmə meyarları barədə məlumat verilib. Müəllim peşəsinin nüfuzunun artırılması və peşəkar inkişaf istiqamətində dövlət siyasətinin əsas prioritetləri diqqətə çatdırılıb.
Sonda müəllimlərin qarşılaşdıqları çətinliklər və suallar müzakirə olunub. Qeyd edək ki, bu il Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində 177 müəllim ilk dəfə pedaqoji fəaliyyətə başlayıb.