“27 Sentyabr – Anım Günü“nə həsr olunan dəyirmi masa və film nümayişi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir sentyabrın 25-də Biləsuvar rayonu, 4 saylı Cəbrayıl qəsəbəsi, İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbin akt zalında Cəbrayıl rayonu üzrə gənclər və idman, təhsil sektorlarının birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Cəbrayıl rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Hüseyn Fətullayev tədbiri giriş sözləri ilə açıq elan edib.
Məktəbin direktoru Dilqəm Əmiraslanov xalqımızın bir yumruq kimi birləşdiyi 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz şanlı zəfərimiz barədə nitq söyləyib.
Sonda isə vətən müharibəsini əks etdirən film nümayişi olunub.