“Müasir metodist” layihəsi çərçivəsində Lənkəran-Astara regional təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə təyin olunmuş metodistlərlə görüş keçirilib.
Lənkəran-Astara regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə ümumtəhsil müəssisələrində müasir pedaqoji mühitin yaradılması, tədrisin keyfiyyətinin artırılması və innovativ yanaşmaların tətbiqi müzakirə olunub. Metodistlərin təklifləri dinlənilib, onlara vəzifə öhdəliklərinin icrası ilə bağlı tapşırıqlar verilib.