Təhsil 365 - Logo Mobile

Dağlıq Şirvan regional təhsil idarəsində yeni müəllimlərlə görüş keçirilib

10926.09.2025 - 13:50
Dağlıq Şirvan regional təhsil idarəsində yeni müəllimlərlə görüş keçirilib

Sentyabrın 25-də Dağlıq Şirvan regional təhsil idarəsinin müdiri Ramin Abasov bu il müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq idarənin tabeliyindəki ümumtəhsil müəssisələrinə təyin edilən müəllimlərlə görüşüb.

Dağlıq Şirvan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, görüşdə idarə müdirinin müavini Rahim Novruzov, idarənin əməkdaşları və rayon təhsil sektorlarının müdirləri də iştirak ediblər.

Tədbirdə çıxış edən Ramin Abasov yeni müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin müəllim əməyinin stimullaşdırılması, peşəkarlığın artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, bu il Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbul imtahanında uğur qazanan 175 nəfər müəllim təyin olunub.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...