Təhsil 365 - Logo Mobile

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası sərgisi qeyd olunub

7926.09.2025 - 14:34
Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası sərgisi qeyd olunub

Azərbaycan Milli Xalça Muzeyində “Tacik tikmə dünyası” adlı sərgi açılıb.

Tehsil365”xəbər ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Tacikistan Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgi iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək və qarşılıqlı mədəni mübadilə ənənəsini davam etdirmək məqsədi daşıyır.

Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Tacikistanın ölkəmizdəki səfiri İlhom Abdurahmon, Tacikistan Milli Muzeyinin direktoru Zəfərşo İbrohimzoda Safo, deputatlar – Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr qrupunun üzvləri, mədəniyyət, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycan və tacik xalqları arasında əsrlərə söykənən dostluq və mədəni əlaqələrdən bəhs edilib, bu sərginin iki ölkə arasında mədəni əməkdaşlığın yeni mərhələsini simvolizə etdiyi vurğulanıb.

Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib: “Azərbaycan və tacik xalqları əsrlər boyu həmrəylik və dostluq ruhunda yaşayıblar. Azərbaycan ilə Tacikistan arasında mədəni bağların dərin tarixi kökləri var və hər iki ölkənin müstəqillik əldə etməsindən sonra möhkəm təməl üzərində qurulan bu əlaqələrin fonunda paytaxtlarımızda keçirilən sərgilər mədəniyyət sahəsində sıx əməkdaşlığın təzahürüdür”.

Çiçək Baxşıyeva

Новостная лента

На данный момент новостей в ленте нет...