Təhsil 365 - Logo Mobile

Orta məktəb lazımdırmı?

10126.09.2025 - 15:07
Orta məktəb lazımdırmı?

Əgər şagird repetitor yanına gedərək təhsil alırsa, bu sual yaranır: Məktəb nə üçün lazımdır?

Məktəbin bu vəziyyətdə dəyərini anlamaq üçün fərqli aspektləri nəzərə almaq lazımdır. Repetitor daha çox fənlər üzrə dərinləşmiş fərdi dərs verdiyi halda, məktəb şagirdlərə daha geniş sosial və inteqrasiyalı təhsil imkanı təqdim edir.

Məktəb, sadəcə bilik öyrətməkdən ibarət deyil, həm də şagirdləri gələcəkdə vətəndaş kimi hazırlayan bir mühitdir. Burada şagirdlər birgə yaşayış qaydalarını öyrənir, kollektiv fəaliyyətlərdə iştirak edir, cəmiyyətdə rol oynamağı və məsuliyyəti dərk edirlər. Repetitor isə əsasən akademik biliklərə yönəlir və sosiallaşma üçün şərait yaratmır.

Repetitorlar daha çox bir və ya iki fənn üzərində cəmləşir. Məktəbdə isə şagirdlər çoxsaylı fənlər üzrə təhsil alırlar. Bu, onların dünyagörüşünü genişləndirir və fərqli sahələrdə bilgi sahibi olmağa imkan verir. Məsələn, məktəbdə riyaziyyatla yanaşı, ədəbiyyat, tarix, incəsənət və ya fiziki tərbiyə kimi fənlər də tədris olunur.

Məktəb şagirdlər üçün dostlar qazanma, insanlarla uzunmüddətli münasibətlər qurma və fərqli insanlara qarşı empatiya hissi inkişaf etdirmə yeridir. Bütün bunlar şagirdlərin emosional və psixoloji inkişafı üçün çox vacibdir. Repetitorla dərslər isə adətən çox qısa və məqsədyönlü olur, bu kimi geniş insan əlaqələrini təmin edə bilmir.

Məktəb yalnız akademik biliklərin əldə edildiyi yer deyil, həm də insanın şəxsiyyət kimi formalaşdığı, sosial bacarıqların və cəmiyyətə uyğun davranışların inkişaf etdiyi məkandır. Lev Tolostoyun dediyi kimi “Məktəb hər şeydən əvvəl, insanın şəxsiyyət kimi formalşadığı yerdir”.Repetitorun verdiyi təhsil bəzi hallarda əlavə dəyər qatsa da, məktəbin verdiyi bütün imkanları əvəz edə bilməz.

Repetitorluq şagirdin xüsusi ehtiyaclarına cavab versə də, məktəbin ümumi tədris və sosiallaşma mühiti təhsilin vacib hissəsi olaraq qalır. Məktəbin hədəfi yalnız test və ya imtahanlara hazırlaşmaq deyil, həm də şagirdləri gələcək həyat üçün hərtərəfli hazırlamaqdır. Ona görə də hər bir məktəb şagirdlərin həyatında necə böyük bir rola malik oldu- ğunu başa düşməlidir və onların inkişafı üçün çalışmalıdır.

“Tehsil365” xəbər verir ki, mövzu ilə bağlı məktəbdə dərs deyən ibtidai sinif müəllimi İlhamə müəllim öz fikirlərin bölüşüb:

“Mənim fikirimcə, kurikulum təhsil sistemi bəyəniləsi sistem deyil. Kurikulum sistemi məni qane etmir, çünki uşaqların götürmə qabiliyyətinə uyğun deyil. Tədris kitablarında dərslər, mövzular,qrammatika çox qısa, lakonik verilir, bu da məni bir müəllim kimi qane etmir. Çünki görürəm ki, uşaqlar bu cür dərsləri qavrıya bilmirlər. Mən də əlavə iş dəftərləri, testlərlə işləmək istəyirəm bunu da 45 dəqiqəyə sığdıra bilmirəm. Sistem elədi ki, hər şeydən bir az olsun amma bu yaxşı alınmır və düzgün deyil.

Bundan başqa valideynlərin uşaqlarına nəzarətindən danışası olsam, nəzarətin zəif olduğunu görürəm. Mən uşaqlara tapşırığı verib göndərirəm amma WhatsApp qrupları var ki, hər axşam mesajlara cavab verməli oluram hələ qrupdan əlavə şəxsiyə də yazıb soruşurlar. Mən görsəm ki, uşaqlara nəzarət edib dərslərin öyrədirlər, cavab yazmağ mənə xoş olar amma görürəm ki, uşaqlar hazırlıqsız gəlirlər. Bu yaxınlarda valideyn iclası keçirtdim. Valideynlərə bildirdim ki, uşaqlar nəzarət etməlisiniz, telefona ayırdığınız vaxtı uşaqlarınıza ayırın. Votsap qrupları dərs yox qeybət qrupuna oxşayır. Fikirləşirəm ki, təhsil sisteminin quruluşunda düzəlişlər olunmalıdır”.

Mən də iki il bundan əvvələ kimi şagirdilik yolunu keçmişəm və orta məktəbdə müşahidə etdiklərimi bölüşmək istəyirəm:

Mən özüm də repititor yanına getmişəm. Bir çoxları kimi başa düşürdüm ki, məktəbdəki təhsillə universitetə qəbul olmaqda çətinlik çəkəcəm. Ona görə də repititora gedirdim. Amma repititor yanın gedəndə də iki qat çətinlik çəkirdim, bir tərəfdən hazırlıq tapşırıqlarım bir tərəfdən də məktəb dərslərinin kiçik, böyük summativləri mənə atestata yazılacaq qiymətdən başqa heç nə qazandırmayan summativlər.

Görürdüm ki, bəzi müəllimlər dərsləri keçmirlər, uşaqlara gəlir mənbəyi kimi baxırlar, fikirləşirlər ki, dərsi keçməsəm yanıma hazırlığa gələr. Pulu olan pulun verib dərsin öyrənir, digərləri isə məktəbə bitirib atestat almaq üçün gəlir. Müəllimin vicdanından asıllıdır belə hallar. Bu kimi hallar məktəbdə boşluğların yaranmasına gətirib çıxardır.

Mən fikirləşirəm ki, məktəblərə güclü nəzarət edilməlidir. Məktəb rəhbərləri xüsusi seçilməlidir ki, o məktəbi düzgün idarə edə bilsin, onu inkişafa doğru aparsın.

Müəllimində dediyi kimi təhsil sistemində də müəyyən dəyişikliklər edilməli, dərsləri uşaqlara bir növ məcburiyyət kimi deyil sevə-sevə öyrənməlidirlər.

Hər bir uşağın həyatında məktəb mühüm əhəmiyyət kəsb edir, bu səbəbdən də uşaqlar təhsillə,tərbiyə ilə, qayda-qanunla,etika ilə yetişdirilməlidilər ki,cəmiyyətə mənfi deyil,müsbət təsir edə bilsinlər və inkişafa doğru apara bilsinlər.

Buna görə də deyərdim ki, təkcə uşaqların deyil,həm də cəmiyyətin də təməli məktəbdən qoyulur. Albert Eynşteyn deyir ki, “Məktəb yalnız kitabların verdiyi bilik deyil, həyat üçün bir hazırlıqdır”.

Nəticə etibarı ilə, orta məktəb yalnız bilik qazanmaq üçün deyil, sosial bacarıqların və şəxsiyyətin formalaşması üçün də əhəmiyyətlidir. Repititorlar müəyyən sahələrdə dəstək versə də, məktəb tədris və sosial imkanlarını tamamilə əvəz edə bilməz. Ümid edirik ki, gələcəkdə təhsil sisteminin təkminləşdirilməsi üçün addımlar atılar və bu addımlar cəmiyyətin inkişafı üçün vacib addımlar olacaqdır.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...