Təhsil 365 - Logo Mobile

DİM “Peşə seçimi” alətini təqdim edib

3626.09.2025 - 16:50
DİM “Peşə seçimi” alətini təqdim edib

26 sentyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində (DİM) 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin məktəbli övladları ilə görüş keçirilib.

“Tehsil365" DİM-in məlumatına əsasən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Görüşdə DİM-in sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, həmçinin Bakı və ətraf bölgələrdən VIII-X sinifdə təhsil alan 130-dan çox şəhid övladı iştirak edib.

M.Abbaszadə çıxışında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərdən, şəhidlərin daim yad edildiyindən və onların ailələrinin dövlət qayğısı ilə əhatə olunmasından danışıb. E.Hüseynov isə DİM və YAŞAT Fondunun birgə layihələri çərçivəsində şəhid ailələrinə göstərilən dəstək barədə məlumat verib.

Tədbirdə DİM mütəxəssisləri şagirdlərə gələcək peşə seçimində kömək edən test alətini təqdim ediblər. Bildirilib ki, testlər şəxsi xüsusiyyətlər, maraqlar və təfəkkür növlərinə əsaslanır və nəticələr dərhal iştirakçının elektron poçtuna göndərilir.

Sonda şagirdlərə DİM tərəfindən nəşr olunan qiymətləndirmə tapşırıqları kitabları hədiyyə olunub, peşə seçimi testlərində iştirak ediblər. Qeyd olunub ki, oxşar görüşlər regionlarda da keçiriləcək.

Xədicə Paşayeva

Новостная лента

На данный момент новостей в ленте нет...