Təhsil 365 - Logo Mobile

Şimal-qərb bölgəsinin təhsil müəssisələrində Anım Günü qeyd olunub

11126.09.2025 - 17:18
Şimal-qərb bölgəsinin təhsil müəssisələrində Anım Günü qeyd olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Gününün beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər təşkil olunub.

Təhsil365” xəbər verir ki, məktəblərdə keçirilən tədbirlərdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, Şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri, rəsmi qrumların nümayəndələr, müəllimlər və şagirdlər iştirak ediblər.

‎Vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.

‎Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

‎Bununla yanaşı müəllim və şagirdlər tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib. ‎

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...