Təhsil 365 - Logo Mobile

Bakı Dövlət Peşə Təhsil Mərkəzində Anım Gününə həsr olunmuş dəyirmi masa olub

10626.09.2025 - 17:26
Bakı Dövlət Peşə Təhsil Mərkəzində Anım Gününə həsr olunmuş dəyirmi masa olub

27 Sentyabr – Anım Günü münasibətilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dəyirmi masa təşkil olunub. Tədbirdə 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri iştirak ediblər.

Tehsil365” xəbər verir ki, görüş zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan söz açılıb. Çıxış edənlər Anım Gününün xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbir səmimi söhbətlər və xatirələrin bölüşülməsi ilə davam edib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...