Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşlər təşkil olunub.
“Tehsil365” xəbər verir ki, vətənpərvərlik ruhunda keçirilən görüşlərdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərə Anım Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, onların milli-mənəvi dəyərlərə sadiq ruhda böyüməsi istiqamətində söhbətlər aparılıb.