Şamaxı Avropa Liseyində 27 Sentyabr – Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə həsr olunan dərslər təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbirdə şagirdlər 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı dərin ehtiramla yad edərək, onların igidlik və fədakarlıqlarını anıblar. Liseyin müəllimləri və şagirdləri bu dərslərdə şəhidlərimizin həyat və qəhrəmanlıq nümunələrini şagirdlərə çatdırıblar, milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Bu cür dərslər gənc nəsillərdə vətənpərvərlik və milli həmrəyliyin möhkəmlənməsində əhəmiyyətli rol oynayır.