Təhsil 365 - Logo Mobile

Hökümət rəsmiləri Zəfər parkında olublar

11727.09.2025 - 09:18
Hökümət rəsmiləri Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər hökumət rəsmiləri Zəfər parkında olublar.

‘’Tehsil365’’ Report-a istinadən xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.



Sevinc Yarməmmədova

Новостная лента

На данный момент новостей в ленте нет...