Təhsil 365 - Logo Mobile

Mingəçevir şəhərində Anım Günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edilib

11327.09.2025 - 13:30
Mingəçevir şəhərində Anım Günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edilib

27 Sentyabr – Anım Günü münasibətilə Mingəçevir şəhərində Şəhidlər Xiyabanı ziyarət olunub.

Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhərin hüquq-mühafizə orqanlarının, yerli bələdiyyə və dövlət qurumlarının nümayəndələri, eləcə də şəhər ictimaiyyəti iştirak edib.

Ziyarətdə Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyəti, tələbə və magistrantları da fəal iştirak ediblər. Onlar şəhidlərin müqəddəs xatirəsini dərin ehtiramla yad edərək, göstərdikləri qəhrəmanlığın gənc nəslin yaddaşında daim yaşayacağını bildiriblər.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...