27 Sentyabr – Anım Günü ilə əlaqədar Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər təşkil olunub.
“Tehsil365” xəbər verir ki, şagirdlər Vətən Müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edərək Anım Gününün tarixi və əhəmiyyəti barədə məlumatlandırılıblar.