Lənkəran Dövlət Peşə təhsil mərkəzinin mühəndis-pedaqoji heyəti üçün “Kibertəhlükəsizlik” və “Tədrisdə süni intellektin istifadə olunması” mövzularında seminar təşkil olunub.
Lənkəran Dövlət Peşə təhsil mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, tədbirdə beynəlxalq və yerli təcrübəyə malik “Cybersign” və “Texio Academy” şirkətlərinin təsisçiləri mövzu ilə bağlı təqdimatlarla çıxış edərək, iştirakçıların suallarını cavablandırıblar.