Təhsil 365 - Logo Mobile

Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə fənn metodbirləşmə iclası keçirilib

10928.09.2025 - 09:00
Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə fənn metodbirləşmə iclası keçirilib

26 sentyabr tarixində Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Mayis Kazımovun təşəbbüsü ilə fənn metodbirləşmə sədrləri və sinif rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Tehsil365” xəbər verir ki, görüşdə yeni tədris ilində qarşıda duran vəzifələr, dərs prosesinin keyfiyyətinin artırılması, metodik işlərin səmərəliliyi və müəllimlər arasında təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Direktor Mayis Kazımov çıxışında pedaqoji kollektivin birgə fəaliyyətinin və metodik işlərin düzgün təşkilinin məktəbin uğurlarının əsasını təşkil etdiyini vurğulayıb. Sonda metodbirləşmə sədrlərinə müvafiq tapşırıqlar verilib.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...