Təhsil 365 - Logo Mobile

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Ümumdünya Turizm Günü münasibətilə Şəkidə olublar

6029.09.2025 - 14:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Ümumdünya Turizm Günü münasibətilə Şəkidə olublar

Qəbələ Dövlət Peşə təhsil mərkəzinin “Mehmanxana inzibatçısı” ixtisası üzrə təhsil alan tələbələri Ümumdünya Turizm Günü münasibətilə Şəki şəhərinə ekskursiya ediblər.

Qəbələ Dövlət Peşə təhsil mərkəzindən “Tehsil365”ə məlumat verilib ki, səfər çərçivəsində tələbələr Şəki Xan Sarayını, Qədim Kiş Alban Məbədini, tarixi Karvansaray Otelini ziyarət edib, həmçinin şəbəkə sənəti və digər xalq sənətkarlığı nümunələri ilə tanış olublar.

Ekskursiya tələbələrin turizm sahəsinə marağını artırmaqla yanaşı, onların praktiki bilik və bacarıqlarının inkişafına da töhfə verib.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...