Şirvan-Salyan regional təhsil idarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və məktəb psixoloqu vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edib.
Şirvan-Salyan regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, müsabiqə 4 mərhələdən ibarət olacaq: qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi. Namizədlər 30 sentyabr–2 oktyabr tarixlərində tələb olunan sənədlərlə qeydiyyatdan keçə bilərlər.
Vakant yerlərlə tanış olmaq üçün: https://docs.google.com/spreadsheets/d/1HCuekThDtR5WGUnOP0LIHyBTSTAocxkR/edit?gid=641567509#gid=641567509
İxtisas tələbləri üçün: https://docs.google.com/document/d/1uPgIC6RIMgyVCzdmkP9m3yWa4Z1GOnzDF1CNGiF3RIY/edit?tab=t.0