Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq ilk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə görüş təşkil olunub.
Lənkəran - Astara regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, görüşdə iştirakçılara sinifin idarə olunması, dərsin planlaşdırılması, interaktiv təlim metodlarından istifadə və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib. Eyni zamanda, müəllim peşəsinin nüfuzunun artırılması və peşəkar inkişaf istiqamətində dövlət siyasətinin əsas prioritetləri diqqətə çatdırılıb.
Tədbir zamanı yeni müəllimlərin qarşılaşdıqları çətinliklər və onları maraqlandıran suallar da müzakirə olunub.